Dünya
5-04-2023, 12:12
937
Türkiyədə gəmi batdı - İtkin düşənlər var
Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb.
Türkiyə mətbuatı xəbər verir ki, gəmidə olan 14 nəfərdən beşi xilas edilib, 9 nəfər itkin düşüb. Hazırda onların tapılması yönündə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, İskenderundan Ukraynaya gedən ticarət gəmisi digər bütün gəmilərə ümumi təcili yardım çağırışı edib. Əraziyə 7 Sahil Təhlükəsizlik Botu, 2 Sahil Təhlükəsizlik Helikopteri və 1 Sahil Təhlükəsizlik Təyyarəsi cəlb edilib.
Məlumata görə, batanlar Suriya vətəndaşlarıdır.