Arvadını "kapot"un üstündə 40 km sürüyən kişi tutuldu
5-04-2023, 14:45
1 080

Arvadını "kapot"un üstündə 40 km sürüyən kişi tutuldu

Türkiyənin Düzcə şəhərində kişi boşanma ərəfəsində olan arvadını maşının motorxanasının üstündə 40 kilometr aparıb.
Yerli KİV xəbər verir ki, hadisəni törədən Əli Osman Şentürk saxlanılaraq, həbs edilib.
Hadisəyə səbəb isə boşanma zamanı uşaqların kimin yanında qalması olub. 
Belə ki, Əli Osman Şentürk arvadı onu görməsin deyə avtomobili oğlu 14 yaşlı E. Şentürkə verib. Bu zaman ana S. Şentürk oğlunun getməsinə mane olmaq üçün “kapot”un üstünə atılıb. Oğul buna fikir verməyərək maşını idarə edib və küçənni başında atasını da götürüb. Nəticədə ata-oğul birlikdə ana “kapot”un üstündə qalsa belə, 40 km maşın sürüblər. Onları Sakaryanın Hendek qəsəbəsində polis saxlayıb.
Avtomobil dayanan zaman S.Ş nəqliyyat vasitəsindən asfaltın üzərinə düşüb və yüngül xəsarət alıb.
Əli Osman Şentürk “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.

Arvadını "kapot"un üstündə 40 km sürüyən  kişi tutuldu - FOTOArvadını "kapot"un üstündə 40 km sürüyən  kişi tutuldu - FOTOArvadını "kapot"un üstündə 40 km sürüyən  kişi tutuldu - FOTOArvadını "kapot"un üstündə 40 km sürüyən  kişi tutuldu - FOTO

Oxşar xəbərlər