Polşalı nazir Ukrayna böhranına görə istefa verdi
5-04-2023, 15:20
1 143

Polşalı nazir Ukrayna böhranına görə istefa verdi

Polşanın kənd təsərrüfatı naziri Henrik Kovalçik vəzifəsindən istefa verib. 
Рolşa KİV xəbər verir ki, istefa qərarı polşalı fermerlərin Ukraynadan ölkəyə taxıl tədarükü ilə bağlı kütləvi etirazları fonunda qəbul edilib.
Kovalçik Ukrayna taxılı ilə bağlı böhranın öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən məhrum edilməsi qərarını Qanun və Ədalət partiyasının rəhbərliyi verib.
"Mən kənd təsərrüfatı və kənd inkişafı naziri vəzifəsindən istefa verdim", - deyə Kovalçik bildirib. 

Oxşar xəbərlər