Ən çox çay içilən ölkələr - SİYAHI
5-04-2023, 17:35
6 768

Ən çox çay içilən ölkələr - SİYAHI

Çay əksər coğrafiyalarda əhəmiyyətli mədəni dəyərdir. Bəs, çay ən çox hansı ölkələrdə istehlak olunur? Statistika ən çox çay istehlak edən ölkələri sadalayıb. Türkiyə siyahının əvvəlində yer alıb.
Xarici media bildirir ki, bəzi ölkələrdə çay südlə, bəzilərində limon və ya bal ilə birgə içilir.
İstehsal həcminə görə, əsas çay istehsalçıları arasında Çin, Hindistan, Kenya, Şri-Lanka və İndoneziya var. Proqnozlara əsasən, 2025-ci ilə qədər qlobal çay bazarının həcminin 266,7 milyard dollara çatacağı gözlənilir.
Bəs, çay daha çox hansı ölkələrdə istehlak olunur?
56 ölkədən alınan məlumatlara görə, hər 10 adamdan 9-u müntəzəm olaraq çay içdiyini bildirib. Əhəmiyyətli çay istehsalçısı və ixracatçısı olan Kenya siyahıda 2-ci yerdə qərarlaşıb.
İştirakçıların 83 faizi mütəmadi olaraq çay içdiklərini bildirib. Bu arada, çay sevərliyi ilə tanınan Böyük Britaniya 59 faizlə aşağı yerdə qərarlaşıb.
Siyahını təqdim edirik:
1. Türkiyə - 90 faiz
2. Kenya - 83 faiz
3. Pakistan - 83 faiz
4. Mərakeş - 80 faiz
5. Hindistan - 72 faiz
6. İrlandiya - 69 faiz
7. Böyük Britaniya - 59 faiz
8. Almaniya - 56 faiz
9. ABŞ - 49 faiz
10. Çin - 45 faiz
11. İspaniya - 39 faiz
Ən çox çay içilən ölkələr - SİYAHIƏn çox çay içilən ölkələr - SİYAHIƏn çox çay içilən ölkələr - SİYAHI

Oxşar xəbərlər