Herri Stayles bu filmdə çəkilməkdən imtina etdi
5-04-2023, 18:24
6 852

Herri Stayles bu filmdə çəkilməkdən imtina etdi

“The Little Mermaid” remeykinin rejissoru Rob Marşall “Entertainment Weekly”ə bildirmişdi ki, filmdə rol almaq üçün müğənni Herri Stayleslə danışıqlar aparır.
Güman edilirdi ki, musiqiçi kiçik su pərisi Ariel haqqında nağılın yeni adaptasiyasında Şahzadə Erik rolunu oynaya bilər. Marşalın sözlərinə görə, Stayles bu roldan imtina edib, çünki o, musiqili filmlərdən yox, qaranlıq personajları oynamaq istəyir.
Qeyd edək ki, “Kiçik su pərisi” müziklı 1989-cu ildə klassik “Disney” cizgi filminin adaptasiyası olacaq. Burada şahzadə Ariel şahzadə Erikə aşiq olub və eşqi üçün xain ifritə Ursula ilə quruda yaşamaq üçün razılaşır.

Oxşar xəbərlər