Rusiyada silahlılar 3 polisi öldürdü - 7 yaralı
6-04-2023, 10:30
464

Rusiyada silahlılar 3 polisi öldürdü - 7 yaralı

Rusiyanın İnquşetiya vilayətinin Malqobek rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında silahlı qarşıdurma baş verib. 
Bu barədə Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti (FTX) məlumat dərc edib. 
Məlumata görə, atışma nəticəsində 3 polis əməkdaşı həlak olub. Ölənlər arasında yüksək rütbəli rayon polis zabiti də var.
Mühasirəyə alınan silahlılar müqavimət göstərib. Atışma bütün gecə davam edib. 
Atışma zamanı daha 7 nəfərin yaralandığı qeyd olunub. 

Oxşar xəbərlər