"Şoyqu və Gerasimov Putini məhv edə bilər" - Rusiyalı polkovnik
6-04-2023, 10:33
464

"Şoyqu və Gerasimov Putini məhv edə bilər" - Rusiyalı polkovnik

Vladimir Putin Rusiya Fedrasiyasının müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Gerasimovun qurbanına çevrilə bilər.
Xarici KİV xəbər verir ki, bunu Rusiyalı müxalifətçi, FTX polkovniki Gennadi Qudkov yerli KİV-ə müsahibəsində  deyib. 
"Putin xarici siyasəti qiymətləndirməkdə dəli ola bilər, lakin o, öz həyatı üçün təhlükəni çox yaxşı hiss edir. Xatırladım ki, müharibə başlamazdan əvvəl o, mühafizə və texniki xidmət personalını tamamilə dəyişmişdi. O, təhlükənin yaxınlaşdığını hiss edir. Putin üçün ən böyük təhlükə onun öz mühitidir. O, NATO-dan qorxmur, bütün bunlar tənqidi düşüncəsi olmayan xalq üçün bir tilsimdir. O, xalqdan qorxmur, çünki bir milyon təhlükəsizlik qüvvəsi onu müdafiə edir. Putin yalnız tərəfdaşlarından qorxur. Fərz edək ki, Şoyqu və Gerasimov Putinin xeyirdən çox zərər verəcəyinə qərar verib. Onlar ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bernsə zəng edəcək və Putini aradan götürməyi planlaşdıracaqlar. Bu, real ola bilər", - Qudkov bildirib.

Oxşar xəbərlər