Dünya
6-04-2023, 16:42
6 820
Türkiyənin məşhur kurort bölgəsinə aprel ayında qar yağdı - FOTO
Türkiyənin məşhur kurort bölgəsi olan Çeşməyə qar yağıb.
Türkiyə mətbuatı xəbər verir ki, baş verən təbiət hadisəsi bölgədə aprel ayı üçün qeyri-adi hesab olunur.
Məlumata görə, İzmirdə səhər saatlarından başlayan tufan yerini doluya buraxıb. Karşıyaka və Çiğli rayonlarında qısa müddətə yağan dolu və qar Çeşmədə də təsirini artıraraq küçələri və çimərlikləri ağ örpəyə bürüyüb.
İzmir şəhərinin meri Tunç Soyer şəhərdəki mənzərəni paylaşaraq “iqlim böhranı” adlandırıb:
"Gördüyümüz mənzərə göstərir ki, iqlim böhranı qapımızı döymür, artıq həyatımızdadır", - o bildirib.