İsrail qırıcılarla Livana cavab zərbələri endirdi
6-04-2023, 17:14
6 757

İsrail qırıcılarla Livana cavab zərbələri endirdi

İsrail qırıcıları Livanın Tir şəhəri yaxınlığını bombardman edib. 
Bu barədə Əl-Mayadin telekanalı məlumat yayıb. 
"İsrail Livanın cənubunda Tir şəhəri yaxınlığındakı Klaila kəndinin ətrafını atəşə tutub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hazırda İsrail qırıcıları Livanın cənub bölgələri üzərində səmada hərəkət edir. 
İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin iclasını aprelin 6-da axşama təyin edib.
Onu da deyək ki, Livan ərazisindən İsrailin şimalındakı sərhəd qəsəbələrinə və şəhərlərinə 100-dən çox raket atılmışdı. 

Oxşar xəbərlər