“WhatsApp” dizaynını dəyişir - FOTO
6-04-2023, 17:35
6 676

“WhatsApp” dizaynını dəyişir - FOTO

Milyonlarla insanın istifadə etdiyi “WhatsApp” Android versiyasında əhəmiyyətli bir dəyişikliyi sınaqdan keçirməyə başlayıb.
 
Bakupost.az xəbər verir ki, mesajlaşma platforması, illərdir eyni olan dizaynını dəyişəcək.
WhatsApp-ın yeni dizaynından ilk görüntülər gəlib.
Yeniliyə görə, Android istifadəçiləri iOS istifadəçiləri kimi yeni ana səhifə görünüşünə sahib olacaqlar.
İstifadəçilər artıq yeni söhbətə və ya tətbiqin başqa hissəsinə keçmək üçün aşağıda yerləşdirilmiş menyulardan istifadə edə biləcəklər
Yenilənmiş dizayn sınaq mərhələsindədir.
Onun Android istifadəçilərinə nə zaman təqdim ediləcəyi hələki məlum deyil.

Oxşar xəbərlər