"Ukraynalı hərbçilərinin Azov hücumu planını bu ölkələr hazırlayıb" - Roqov
7-04-2023, 20:24
26 990

"Ukraynalı hərbçilərinin Azov hücumu planını bu ölkələr hazırlayıb" - Roqov

Ukrayna Silahlı Qüvvələrinin Azov hücumu planının hazırlanmasında Britaniya və ABŞ-dan olan kuratorlar iştirak edib. 
Bunu  “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov yerli KİV-ə müsahibəsində deyib.  
Onun sözlərinə görə, ukraynalı hərbi komandirlər bu müharibədə ancaq piyondur.
"Zaporojya bölgəsində Azov hücumu planı NATO-nun ABŞ və Britaniyadakı hərbçiləri tərəfindən hazırlanıb”, - Roqov vurğulayıb. 
Buna baxmayaraq, Roqov xatırladıb ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin planlarından və hazırlıqlarından hər zaman xəbərdardır.

Oxşar xəbərlər