Fransada 14 yaşlı yeniyetmə terror aktları hazırlamaqda ittiham olundu
7-04-2023, 12:02
652

Fransada 14 yaşlı yeniyetmə terror aktları hazırlamaqda ittiham olundu

Fransa təhlükəsizlik qüvvələri terror aktları hazırlamaqda şübhəli bilinən 14 yaşlı yeniyetməni saxlayıb.
Bu barədə cümə axşamı respublikanın antiterror prokurorluğuna istinadən məlumat yayılıb.
Azyaşlının Yuxarı Reyndə (ölkənin şimal-şərqində) saxlanıldığı bildirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “yeniyetmə terror aktları törətməyə hazırlaşırmış”.
Saxlanılan şəxsin üzərində partlayıcı qurğuların istehsalı üçün elementlər, həmçinin İŞİD-i təbliğ edən çox sayda videolar aşkar edilib.
Mənbə: TASS

Oxşar xəbərlər