Qadının illər əvəl ölən oğlundan nəvəsi oldu
7-04-2023, 13:52
1 422

Qadının illər əvəl ölən oğlundan nəvəsi oldu

Amerikada 68 yaşlı aktrisa Ana Obreqonun vəfat edən oğlundan nəvəsi olub. 
Xarici mətbuat xəbər verir ki, aktrisa 2020-ci ildə xərçəngdən dünyasını dəyişən oğlu Allessionun spermasını saxlayıb. İndi isə o spermadan istifadə edərək daşıyıcı ana vasitəsilə nəvə sahibi olub. 
 “Bu mənim qızım deyil, nəvəmdir. Bu, Alessionun qızıdır. Ancaq qanuni olaraq onu övladlığa götürürəm”,- deyə Obreqon deyib. 
Onun sözlərinə görə, oğlunun son arzusu bu dünyada bir uşağının olması idi. Buna görə də kimyaterapiyaya başlamazdan əvvəl spermasını donduraraq saxlayıblar. 
 

Oxşar xəbərlər