Türkiyədə məscidə silahlı hücum: Yaralananlar var
10-04-2023, 11:02
804

Türkiyədə məscidə silahlı hücum: Yaralananlar var

Türkiyənin Çorum vilayətində məscidə silahlı hücum olub. 
Türkiyə KİV xəbər verir ki,  naməlum şəxs təravih namazından çıxan vətəndaşları tüfənglə atəşə tutub. Hadisə nəticəsində 6 nəfər yaralanıb. 
Əraziyə polis və  təcili yardım cəlb edilib.  Hadisəni törədən 30 yaşlı şəxs isə saxlanılıb. Onun barəsində cinayət iş açılıb. Araşdırma aparılır. 

Oxşar xəbərlər