ABBA-nın üzvü vəfat etdi
10-04-2023, 16:21
6 901

ABBA-nın üzvü vəfat etdi

ABBA qrupunun gitaraçısı Lasse Velander 70 yaşında vəfat edib.
“Sevimli Lassenin əbədi yuxuya getdiyini izah etməsi mümkün olmayan bir kədərlə xəbər verməyə məcburuq”, - deyə, onun qohumları məlumat yayıb.
Velanderin ailə üzvlərinin dediyinə görə, son vaxtlar musiqiçinin xərçəng xəstəliyinin sürətlə inkişaf etdiyi məlum olub. O, aprelin 17-də vəfat edib.
Qeyd edək ki, Velander 1974-cü ildən İsveç kvartetinin bütün albomlarının yazılmasında iştirak edib və 1982-ci ildə dağılana qədər qrupla birlikdə çalışıb.

Oxşar xəbərlər