Hindistanda ağac məbədin üzərinə aşdı: 7 ölü, 30 yaralı
11-04-2023, 10:26
1 183

Hindistanda ağac məbədin üzərinə aşdı: 7 ölü, 30 yaralı

Hindistanın Maharaştra ştatında ağacın məbədin üzərinə aşması nəticəsində 7 nəfər ölüb, ən azı 30 nəfər yaralanıb.
Hindistanın Maharaştra əyalətinin Akola rayonunda ötən gecə ritual zamanı güclü külək səbəbindən məbəddə 100 illik ağac qalay konstruksiyaya aşıb. Binanın altında qalanlar ətrafdakı insanlar və məmurlar tərəfindən çıxarılıb. Polisin verdiyi açıqlamada hadisə nəticəsində 7 nəfərin həyatını itirdiyi, ən azı 30 nəfərin yaralandığı bildirilib. Yaralıların müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Oxşar xəbərlər