Dünya
11-04-2023, 13:24
654
İraqlı operator çəkiliş zamanı dağdan yıxılaraq ölüb
İraqın Süleymaniyyə şəhərində NRT telekanalında işləyən operator Əhməd Əli xidməti vəzifəsini yerinə yetirərkən dağdan yıxılaraq dünyasını dəyişib.
Bu barədə NRT telekanalı məlumat yayıb.
Bildirilir ki, Əli proqram çəkilişi üçün Süleymaniyyədəki Piremeqrun dağına gedib. Vəzifəsini yerinə yetirərkən həyatını itirən Əlinin dağdakı son görüntülərində “Dağdan ayağınız sürüşərsə, bu ölümünüzə səbəb olacaq", - ifadələrini işlədib. Bundan sonra o, müvazinətini itirərək, dağdan yıxılıb.