Android telefonlarının təhlükəsizliyi üçün bunlara diqqət
11-04-2023, 14:46
6 737

Android telefonlarının təhlükəsizliyi üçün bunlara diqqət

Çox vaxt smartfonlardakı informasiyaları hakerlər ələ keçirir. Hələ ötən il mütəxəssislər Android telefonlarında 574-dən çox boşluq aşkar ediblər. Bu da öz növbəsində istifadəçilər üçün vacib xəbərdarlıqdır. 
Android telefonlarının təhlükəsizliyi üçün bir neçə faydalı məsləhəti təqdim edirik:
Yalnız təhlükəsiz şəbəkələrə qoşulun 
İctimai şəbəkələr ciddi risklər yarada bilər. Müasir dünyada biz tez-tez “Wi-Fi” və ya “Hotspot” bağlantılarına qoşuluruq. Bu isə çox təhlükəlidir. Pulsuz şəbəkələr səyahət etdiyimiz vaxta qənaət etmək üçün uyğun bir yoldur. Ancaq onlar hakerlər tərəfindən izlənilir. Qeyri-qanuni “Wi-Fi” şəbəkələrində informasiyaların paylaşılması smartfonlarda şəxsi məlumatlara çıxışı təmin edə bilər. 
Daxili təhlükəsizlik xüsusiyyətlərindən istifadə edin 
Android defolt olaraq fəaliyyətimizi və həssas məlumatları qoruyan bir çox təhlükəsizlik xüsusiyyətlərini dəstəkləyir. Ümumiyyətlə, “Google” şirkəti Android istifadəçilərinin qorunmasına böyük sərmayə qoyan bir şirkətdir. Müxtəlif proqramların şifrələnməsi üçün biometrik texnologiyalar və konfiqurasiyalar hakerlərə qarşı mübarizədə çox vacibdir.
Hesablarınızı güclü parollarla qoruyun
Düzgün parol seçmək çox vacibdir. Bir neçə profil üçün eyni paroldan istifadə gələcəkdə ciddi problemlər yarada bilər.
Parol menecerlərindən istifadə pulsuzdur və sizi internetdə mümkün qədər qoruyacaq. 
Proqramları yükləyərkən diqqətli olun
“Google Play” ən böyük mobil proqramlar mağazasıdır. Amma buna baxmayaraq buradan proqram yükləyən zaman kifayət qədər ehtiyatlı olun. 
Cihazınızı vaxtaşırı yeniləyin
Yeniləmə cihazınızı qorumaq, təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yoldur. 
Müasir telefonlar adətən bir neçə saat ərzində maksimum enerji ilə doldurulur. Ona görə də onları uzun müddət şarjda saxlamağa ehtiyac yoxdur.
 

Oxşar xəbərlər