Bir-birinə tərs baxan qadınlar saçyolduya çıxdılar
11-04-2023, 15:32
6 690

Bir-birinə tərs baxan qadınlar saçyolduya çıxdılar

Türkiyədə küçədə bir-birinə tərs baxan qadınlar dalaşıblar.
Yerli media bildirir ki, hadisə Bursa şəhərinin Osmanqazi rayonu Hüdavəndigar Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, iki qadın arasında tərs baxmaq məsələsi ilə bağlı mübahisə düşüb.
Mübahisə qısa zamanda davaya çevrilib. Qadınlar bir-birinin saçını amansızcasına yolarkən ətrafdakı vətəndaşlar müdaxilə edib. Dava vətəndaşların müdaxiləsi ilə dayandırılıb.
Hadisə yerinə gələn polis qadınları bölməyə aparıb.



 

Oxşar xəbərlər