Qırmızı bülletenlə axtarışda olan dəstə başçısı İstanbulda saxlanıldı
12-04-2023, 10:11
495

Qırmızı bülletenlə axtarışda olan dəstə başçısı İstanbulda saxlanıldı

Narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı cinayətindən qırmızı bülletenlə axtarışda olan Urfi Çetinkaya İstanbulda tutulub.
Türkiyə KİV xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Prokurorluğunun mətbuat xidmətui məlumat yayıb. 
Bildirilir ki, 24 il həbs cəzasına məhkum edilən Çetinkayanın xüsusi əməliyyat polisinin qatıldığı əməliyyatda saxlanılıb. Əməliyyatda Çetinkaya cinayət təşkilatının 5 üzvü də polis tərəfindən nəzarətə götürülüb. 

Oxşar xəbərlər