Cəlal Harutyunyan 44 günlük müharibə ilə bağlı komissiya tərəfindən dindiriləcək
12-04-2023, 10:23
582

Cəlal Harutyunyan 44 günlük müharibə ilə bağlı komissiya tərəfindən dindiriləcək

Erməni general-leytenant, Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş komandiri Cəlal Arutyunyan 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyası tərəfindən dindiriləcək.  
Bu barədə "Joqovurd" qəzeti yazıb. 
"2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitinin öyrənilməsi məqsədilə" yaradılmış Ermənistan İstintaq Komissiyasının sədri olan “Mülki müqavilə” fraksiyasının deputatı Andranik Köçəryan həmin komissiyanın fəaliyyətinin uzadılmasını təklif edib. 

Oxşar xəbərlər