İstifadəçilər “Samsung Galaxy S23”nin kamerasından narazı qaldılar
12-04-2023, 12:11
823

İstifadəçilər “Samsung Galaxy S23”nin kamerasından narazı qaldılar

İstifadəçilər “Samsung Galaxy S23” telefonunun kamerasını tənqid ediblər.
Onlar smartfonun kamerasında problemlər olduğunu bildiriblər.
Məlumata görə, kamera ilə çəkilən fotoların keyfiyyəti aşağıdır. İstifadəçilər bildirir ki, çəkilmiş kadrların bir hissəsi, əsasən də sol tərəfi bulanıq şəkildə çıxır.
Şirkətin servis mərkəzi cihazları qəbul edib. Amma kameraların problemli olduğunu hesab etməyiblər. Buna baxmayaraq şirkət mütəxəssisləri yenə də smartfonlar üzərində təmir işləri aparacağına söz veriblər.

Oxşar xəbərlər