“Barbi” filmi moda dünyasına bomba kimi düşəcək
12-04-2023, 13:15
769

“Barbi” filmi moda dünyasına bomba kimi düşəcək

21 iyulda tamaşaçılara təqdim olunacaq “Barbi” ilminin  anonsları yayımlanıb.
Filmin ilk kadrları belə moda dünyasında canlanmaya səbəb olub.
Baş rollarda Marqot Robbi və Rayan Coslinqin oynadığı bu film rəngarəng geyimləri ilə çox diqqət çəkib. Filmin ilk fraqmentləri yayıldıqdan sonra bir çox axtarış proqramlarında “Barbi modası” sözünün axtarışında 100 faizlik artım müşahidə olunub.
Moda ekspertləri bu il “Barbi” filminin təsiri ilə fosforlu, çəhrayı və sarı rəngli paltarların dəbdə olacağını bildiriblər.



Oxşar xəbərlər