Fransada “gözəlləşənlərə” qarşı qəribə qərar verildi
12-04-2023, 14:30
1 336

Fransada “gözəlləşənlərə” qarşı qəribə qərar verildi

Fransa parlamenti sosial şəbəkələrdəki paylaşımlarla bağlı maraqlı qərar qəbul edib.
Bundan sonra ölkədə paylaşım edən məşhur simaların filtr (xüsusi proqramla gözəlləşmə effekti) istifadəsinə məhdudiyyət qoyulur. Məşhur şəxlər filtrdən istifadə edərkən, bu barədə mütləq öz paylaşımlarında inasanları xəbərdar etməlidirlər.
Bu qərar müxtəlif səbəblərdən verilib.
Birincisi, filtrlərdən istifadə ilə gözəlləşmə insanlarda natamamlıq komleksi yaradır.
İkincisi, filtrdən istifadə edərək, simasını dəyişmək cinayətkarlar tərəfindən pis niyyətlərlə istifadə oluna bilər.
Üçüncüsü, populyar şəxslərin üzlərinin dəyişdirilərək , müxtəlif proqramlarla onların adından istifadə  çox təhlükəli nəticələr verə bilər.
Qərar isə birmənalı qarşılanmayıb. Tanınmış şəxslərin çoxu “o zaman estetik əməliyyatlar da qadağan edilsin” şəklində paylaşımlar edərək, münasibət bidiriblər.

Oxşar xəbərlər