Qaqarinin qum üzərində 30 metrlik portreti yaradıldı
13-04-2023, 11:02
516

Qaqarinin qum üzərində 30 metrlik portreti yaradıldı

Aprelin 12-də ilk insanın kosmosa uçuşunun ildönümü münasibətilə Anapa çimərliyində Yuri Qaqarinin portreti yaradılıb.
Hadisənin 62-ci ildönümündə çimərlikdəki qum üzərində peyda olan təsvirlər 30x30 metr ölçüsündə yerli rəssam Leonid Valitov tərəfindən hazırlanıb. Bunun üçün ona beş saatdan çox vaxt lazım olub.
Qeyd edək ki, 1961-ci il aprelin 12-də sovet kosmonavtı Qaqarin kosmosa uçan ilk insan olub. Rusiya hər il bu gün Kosmonavtika Günü kimi qeyd edir.

Mənbə: TASS

Oxşar xəbərlər