Lavrovun ABŞ-yə getməsinə icazə verilmədi
13-04-2023, 17:45
5 998

Lavrovun ABŞ-yə getməsinə icazə verilmədi

ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrovun xüsusi təyyarəsinin ölkəyə gəlməsinə icazə vermədi. 
Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov məlumat verib.
O, həmçinin ABŞ-nin Rusiya nümayəndə heyətinin üzvlərinə giriş vizası vermədiyini bildirib. 
Qeyd edək ki, Lavrov bu ay Rusiyanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının növbəti sessiyasına rəhbərlik etməli idi. 

Oxşar xəbərlər