Ledi Qaqa Baydenin müşaviri təyin edildi
14-04-2023, 10:17
500

Ledi Qaqa Baydenin müşaviri təyin edildi

Məşhur müğənni Ledi Qaqa ABŞ prezidenti Co Baydenin mədəniyyət və incəsənət üzrə yeni müşaviri təyin olunub. 
Ağ Evdən verilən yazılı açıqlamada Baydenin Prezidentin mədəniyyət və incəsənət siyasəti ilə bağlı məsləhətlər verən İncəsənət və Humanitar Elmlər Komitəsinə təyin etdiyi yeni adlar açıqlanıb.
Buna uyğun olaraq, məşhur prodüser Bruce Cohen və məşhur müğənni Ledi Qaqanın həmsədrlik edəcəyi komitənin tərkibinə aktyor Corc Kluni, aktrisa Cennifer Qarner və musiqiçi Con Batiste kimi ulduz adlar daxildir.
Qeyd edək ki, keçmiş prezident Donald Tramp dəfələrlə Prezidentin İncəsənət və Humanitar Elmlər Komitəsinin ləğvinin tərəfdarı olub və bu, prosesdə səmərəsiz olub.

Oxşar xəbərlər