Tamaşaçılar Məhərrəm İncənin bu sözünə əsəbiləşib zalı tərk etdilər
14-04-2023, 10:21
539

Tamaşaçılar Məhərrəm İncənin bu sözünə əsəbiləşib zalı tərk etdilər

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə Oğuzhan Uğurun "Mevzular Açıq Mikrofon" proqramında iştirak edib.
Proqramın 9 dəqiqəlik tanıtım hissəsində Məhərrəm İncənin ona sual verən tamaşaçılara çox əsəbiləşdiyi görülüb.
Hətta, İncə ona sual verən tamaşaçını FETÖ üzvü olmaqda ittiham edib. Tamaşaçılar İncənin bu sözünə sərt reaksiya veriblər. 
Bir xanım tamaşaçı "Biz belə davranmaqdan artıq bezmişik. Bu gün beləsənsə, sabah hakimiyyətə gələndə necə olacaqsan?"-  deyə bildririb. İncə ilə yaşanan gərginlikdən sonra çox sayda tamaşaçı zalı tərk edib.



Oxşar xəbərlər