Ölən məşhur aktyorun agent olduğu üzə çıxdı
14-04-2023, 10:32
553

Ölən məşhur aktyorun agent olduğu üzə çıxdı

Ötən ay dünyasını dəyişən məşhur israilli aktyor Haim Topolun "Mossad" agenti olduğu üzə çıxıb.
İsrail mətbuatına danışan ailəsi Topolun İsrail xarici kəşfiyyatı "Mossad" üçün bir çox gizli missiyalarda iştirak etdiyini açıqlayıb.
Uzun illər İngiltərənin paytaxtı Londonda yaşayan israilli aktyorun daha sonra "Mossad"ın rəhbəri olacaq Zvi Amirlə tez-tez görüşdüyü bildirilib.
O, 1971-ci ildə çəkilmiş "Damda skripkaçı" filmi ilə dünya şöhrəti qazanıb. 

Oxşar xəbərlər