Qucağında “uşaq” daşıyırdı, bələkdən əvvəl pişik, sonra da narkotik çıxdı
14-04-2023, 20:52
9 666

Qucağında “uşaq” daşıyırdı, bələkdən əvvəl pişik, sonra da narkotik çıxdı

Rusiyanın Nijni Taqil şəhərində qəribə qaçaqmalçılığın üstü açılıb. Belə ki, narkotik maddə satışı ilə əlaqədar saxlanılan qadının qucağındakı “körpənin” əslində pişik olduğu ortaya çıxıb. Elə narkotikləri də heyvana geyindirdiyi kombinezonda gizlədibmiş.
Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb.
“Pişik ya bu qəribə vəziyyətə görə, ya da bütün fəndlərə baxmayaraq, sahibinin ifşa olunmasından şokdadır”, - deyə istifadəçilərdən biri yazıb.

 

Oxşar xəbərlər