“WhatsApp” yeni funksiya təqdim edəcək
14-04-2023, 11:25
1 300

“WhatsApp” yeni funksiya təqdim edəcək

Məşhur “WhatsApp” messenceri yeni funksiya təqdim edəcək.
Lenta.ru verdiyi məlumata görə, bu barədə messencerin rəsmi bloqunda deyilir.
Qeyd olunub ki, hesabı yeni cihaza köçürərkən köhnə cihazda bunu təsdiqləmək seçimi haqqında sorğu görünəcək.
“WhatsApp hesabınızı yeni cihaza köçürərkən, bunu edənin siz olduğunuzdan əmin olmaq bizim üçün vacibdir. İndi əlavə təhlükəsizlik tədbiri olaraq, köhnə cihazda hərəkəti təsdiqləməyinizi xahiş edən bildiriş göstəriləcək" deyə tərtibatçılar bildirib.
Aydınlaşdırılır ki, kənar şəxs istifadəçinin xəbəri olmadan hesabı yeni cihaza köçürməyə cəhd edərsə, bu funksiya sayəsində profil sahibi xəbərdarlıq alacaq.

Oxşar xəbərlər