Rusiyada məktəbdə dəhşət: Şagirdləri cəza üsulu kimi zorlayıblar
14-04-2023, 14:16
1 046

Rusiyada məktəbdə dəhşət: Şagirdləri cəza üsulu kimi zorlayıblar

Rusiyanın Yekaterinburq şəhərində ixtisaslaşdırılmış müəssisənin müəllimləri yuxarı sinif şagirdlərini çətin tərbiyə olunan yeniyetmələri zorlamağa məcbur ediblər.
Şagirdlərdən biri xüsusi məktəbdən qaçaraq anasına deyib ki, müəllimlər orta məktəb şagirdlərini kiçik uşaqları zorlamağa məcbur ediblər. Məktəblinin dediyinə görə, bu cür üsullar “tərbiyə” və cəza kimi istifadə olunub.
Yeniyetmənin anası İstintaq Komitəsinə müraciət edib. Bundan sonra xüsusi məktəbin direktoru işdən uzaqlaşdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: “Shot” “Telegram” kanalı

Oxşar xəbərlər