Şimalı Qafqazda “Polis ovu” - 24 nəfər saxlanıldı
14-04-2023, 14:42
1 108

Şimalı Qafqazda “Polis ovu” - 24 nəfər saxlanıldı

Yessentuki şəhər məhkəməsi 24 polis əməkdaşının həbsi barədə qərar verib. 
Xarici media məlumatına görə, onlar cinayətkar dəstə yaratmaqda şübhəli bilinirlər. 
Məlumata görə, həbs olunanlardan başqa 9 nəfər də şübhəli şəxs qismində dindirilib. 
İlkin araşdırma zamanı polis işçiləri qeyri-qanuni ticarətə şərait yaratmaqda, çirkli pulların yuyulmasında və digər ağır cinayətlərdə ittiham olunur. 
Onların arasında erməni əsilli polis əməkdaşı da var.

Oxşar xəbərlər