Dünya
14-04-2023, 14:58
1 032
Çin Rusiyaya silah verməyəcəyini açıqladı
Çin Ukraynadakı müharibə iştirakçılarının heç birinə silah vermək niyyətində deyil.
Bunu Çinin xarici işlər naziri Qin Qanq almaniyalı həmkarı Annalena Burbok ilə birgə mətbuat konfransında deyib.
"Hərbi məhsulların ixracı ilə bağlı Çin ağlabatan və məsuliyyətli mövqe tutur. Çin münaqişənin müvafiq tərəflərinə silah tədarük etməyəcək, həmçinin qanun və qaydalara uyğun olaraq ikili təyinatlı malların ixracına nəzarət edəcək", - deyə XİN rəhbəri qeyd edib.
Qin Qang indiyə qədər Rusiyaya silah tədarük planlarını açıq şəkildə inkar edən ən yüksək çinli məmurdur.