Fransa Konstitusiya Şurası pensiya islahatlarına dair qanunu təsdiqləyib
15-04-2023, 21:17
16 916

Fransa Konstitusiya Şurası pensiya islahatlarına dair qanunu təsdiqləyib

Fransa Konstitusiya Şurası pensiya islahatlarına dair mübahisəli qanunu təsdiqləyib.
Bu barədə “Figaro” məlumat yayıb.
9 nəfərdən ibarət heyət pensiya yaşının 64-ə qaldırılması qərarını təsdiqləyib. Bundan əlavə, sol partiyaların məsələ ilə bağlı referendum təklifi rədd edilib. Yaxın günlərdə referendumla bağlı Şuraya edilmiş ikinci müraciətə isə mayın 3-də baxılacaq.
Şuranın qərarı qətidir, onu dəyişdirmək, şikayət etmək olmaz.

Oxşar xəbərlər