Ukraynaya daha 19 "Sezar" veriləcək
15-04-2023, 22:17
16 927

Ukraynaya daha 19 "Sezar" veriləcək

Danimarka Fransa istehsalı olan daha 19 "Sezar" özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcək.
Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik haubitsaların yaxın həftələrdə Ukraynaya göndəriləcəyini bildirib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrində artıq Fransa tərəfindən təhvil verilmiş 24 "Sezar" silahı var.

Oxşar xəbərlər