Tunisli futbolçu banan qiymətinə görə özünü yandıraraq öldürdü
15-04-2023, 23:18
16 924

Tunisli futbolçu banan qiymətinə görə özünü yandıraraq öldürdü

Tunisli futbolçu Nizar İsaui ölkədə bananın qiymətindən şikayət etdiyinə görə barəsində qaldırılan məhkəmə prosesinə reaksiya olaraq özünü yandırıb. İsaui xilas etmək mümkün olmayıb.
Dəhşətli hadisə Kayruanın Haffuz kəndində baş verib. Qardaşı Ryadın çatdırdığı məlumata görə, Tunisdə rejimə etiraz etmək istəyən 35 yaşlı futbolçu özünü yandırıb .
Yerli medianın yazdığına görə, bədənində 3-cü dərəcəli yanıq olan futbolçu aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hərəkətindən bir neçə gün əvvəl Facebook-da paylaşım edən Nizar İsaui özünü odla edam cəzasına məhkum etdiyini bildirərək, “Daha gücüm yoxdur, polis bildirsin ki, hökmüm bu gün icra olunacaq” yazıb.
Tunis mətbuatında yer alan xəbərə görə, kilosu 10 dinara satılan bananı ala bilmədiyi üçün İssaui satıcı ilə dava edib.
Yenə sosial mediada yayılan videoda İsauinin "10 dinara banan satan biri ilə mübahisə etdiyim üçün polis idarəsindəyəm. Məni terrorda ittiham edirlər. Qiymətdən şikayət etdiyim üçün terrorçuyam" deyə qışqırdığı görünür.
30 aprel 1995-ci ildə anadan olan İssaui hücumçu mövqeyində oynayırdı. Onun oynadığı komandalar arasında EGS Gafsa, LPS Tozeur, AS Jelma, ES Haffouz da var idi.

Oxşar xəbərlər