COVID-19-dan öldüyü deyilən adam sağ çıxdı
17-04-2023, 22:54
7 658

COVID-19-dan öldüyü deyilən adam sağ çıxdı

Hindistanda iki il əvvəl koronavirus səbəbiylə öldüyü bildirilən adam sağ çıxıb.   
Kamleş Patidar adlı şəxs 2021-ci ildə Covid-19 epidemiyasının ikinci dalğasında ağır xəstə olaraq Qucarat Dövlət Xəstəxanasına aparılıb. Çox keçmədən kişi virusdan ölüb və morqa yerləşdirilib. 
Öldüyünü zənn etdikləri Kalmeş Patidarın iki ildən sonra bibisinin qapısını döyüb. Onun sağ olduğunu görən ailə üzvləri və yaxınları şoka düşüb. 
2 il ərzində Kalmeş Patidarın harada olduğu barədə məlumat verilməyib. Hadisənin polis tərəfindən araşdırılacağı bildirilib. 

Oxşar xəbərlər