"Ermənistan alman mallarını alıb Rusiyaya satır" - Spiegel
17-04-2023, 15:51
5 737

"Ermənistan alman mallarını alıb Rusiyaya satır" - Spiegel

Rusiya ilə qonşu olan ölkələr getdikcə daha çox alman malları alır və Qərbin sanksiyalarından yan keçərək, onları Moskvaya satırlar.
Bu barədə Almaniyanın "Der Spiegel" nəşri məlumat dərc edib. 
Məqalədə xüsusilə qeyd olunur ki, Ermənistan iki il ərzində Rusiyaya ixracını 4 dəfə artıraraq, təxminən 2,5 milyard dollara çatdırıb.
2022-ci ildə Ermənistan Rusiya müştərilərinə 460 milyon dollar dəyərində elektron avadanlıq tədarük edib. Bildirilir ki, avadanlıq satışı 14 milyon dollardan 158 milyon dollara yüksəlib.
Dekabrda alman şirkətlərinin erməni biznesindən ixrac gəlirləri 2018-2020-ci illərin orta göstəricisindən 287% yüksək olub.

Oxşar xəbərlər