Britaniya parlamenti Rişi Sunakla bağlı araşdırmaya başladı
17-04-2023, 16:36
5 604

Britaniya parlamenti Rişi Sunakla bağlı araşdırmaya başladı

Böyük Britaniya parlamenti Baş nazir Rişi Sunakla bağlı araşdırmaya başlayıb.
Bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, parlamentin standartlar üzrə komissarı Daniel Qrinberq parlament üzvlərinin öz maraqlarını bəyan etmələrini tələb edən qaydalarla bağlı siyasətçiyə qarşı araşdırmaya başlayıb. İstintaq məcəllənin altıncı bəndinə aiddir.
Bundan başqa, istintaq baş nazirin həyat yoldaşı Akşata Murtiyə də aiddir. Xüsusilə, söhbət onun büdcədən dəstək alacaq uşaq baxımı təşkilatındakı paylarından gedir.

Oxşar xəbərlər