Dünya
18-04-2023, 13:14
1 755
Lukaşenko qondarma respublikanın rəhbəri ilə görüşdü
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə görüşüb.
Xarici KİV xəbər verir ki, Lukaşenko Minskdən Donetskə insanların həyatının bərpası və normallaşması üçün yardım təklif edib. O, vurğulayıb ki, davam edən hərbi əməliyyatlar kontekstində mülki əhalinin yaşaması çətindir.
Belarus lideri qeyd edib ki, qarşıda çox iş var: "Sənaye müəssisələrini və kənd təsərrüfatını dirçəltmək lazımdır".