Rus hərbçilər məcburi şəkildə "Vaqner" qruplaşmasına cəlb edilir
19-04-2023, 13:35
904

Rus hərbçilər məcburi şəkildə "Vaqner" qruplaşmasına cəlb edilir

Rusiyanın Yakutiya bölgəsindən olan altı əsgər məcburi şəkildə "Vaqner" özəl hərbi qruplaşmasının dəstəsinə cəlb edilib.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Fedot Tumusov məlumat verib. 
Deputat qeyd edib ki, hərbçiləri "Vaqner" qrupunun tərkibində Baxmuta aparırlar. 
Deputat məsələ ilə bağlı artıq hərbi prokurorluğa məlumat verib.

Oxşar xəbərlər