Uğursuz evliliyi nə vaxt bitirmək lazımdır? - Uşaqlara təsiri
19-04-2023, 18:53
5 885

Uğursuz evliliyi nə vaxt bitirmək lazımdır? - Uşaqlara təsiri

Mütəxəssislər uğursuz evliliklərdə düzgün ayrılma vaxtını açıqlayıb. 
Uğursuz evlilik yaşayan valideynlərin yaratdığı mənfi atmosfer uşaqlara çox pis təsir edir. 
Ailə terapevti Paul Karrik Brunson uşaqların xoşbəxt olmayan ailədə yaşamaqları haqqında danışıb: 
“Bu proses çox çətindir. Valideynlər çox vaxt uşaqlarına görə xoşbəxt olmadıqları evliliyi davam etdirir. Amma başa düşmək lazımdır ki, bu münasibətlər uşaqlara daha pis təsir edir. Valideynin xoşbəxt olmadığı bir evlilikdə övlad necə xoşbəxt ola bilər? Bir şəxsiyyət kimi necə formalaşa bilər? Çünki uşaqlar gələcəkdə öz ailələrindən gördükləri kimi davranırlar. Uğursuz evlilik uşaqları depressiyaya, stressə və təşvişə sürükləyir”. 
Boşanmağın bəzən çox doğru bir addım olduğunu vurğulayan ekspert, ayrılmaq üçün düzgün zamanı da deyib. 
Onun sözlərinə görə, əgər münasibətə son qoymaq üçün doğru zamanın nə vaxt olduğu sualını verirsinizsə, deməli artıq bu münasibətin sonu gəlib. Bitirməyin vaxtıdır. 
 

Oxşar xəbərlər