Almaniya prezidenti üzr istədi
20-04-2023, 21:26
31 152

Almaniya prezidenti üzr istədi

Varşava qettosundakı üsyanının başlanmasının 80-ci ildönümündə Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer İkinci Dünya Müharibəsi zamanı yəhudilərin təqibi və qətliamına görə ölkəsinin məsuliyyətini bir daha xatırladıb.
Varşavada Polşa və İsrail prezidentləri Anjey Duda və İsxaq Hersoqun iştirakı ilə keçirilən anım tədbirində Almaniya dövlət başçısı nasistlərin əməllərinə görə üzr istəyib.
“Bu gün mən sizin qarşınızda dururam və burada almanların törətdiyi cinayətlərə görə sizdən üzr diləyirəm”, - deyə o, bəyan edib. Prezident hər iki dövlətə alman xalqı ilə barışdıqlarına görə təşəkkür edib. Ştaynmayerin fikrincə, bu, “son dərəcə qiymətli hədiyyədir”.
Mənbə: dw.com

Oxşar xəbərlər