Rusiyada mədəniyyət nazirinin müavini həbs edildi
20-04-2023, 10:49
798

Rusiyada mədəniyyət nazirinin müavini həbs edildi

Rusiya mədəniyyət nazirinin müavini Olqa Yarilova həbs edilib. 
Rusiya KİV xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə saxlanılan nazir müavini barəsində həbs-qətimkan tədbiri seçib. 
Məmur iyunun 16-dək paytaxtın istintaq təcridxanasına göndərilib. O, istintaqın tələbi ilə həbs edilib. Onun müdafiə tərəfi ev dustaqlığı istəyib, lakin məhkəmə bunu rədd edib.

Oxşar xəbərlər