"Teğ kəndində 5 km-lik problemli yol var idi" - Paşinyan
20-04-2023, 12:36
1 025

"Teğ kəndində 5 km-lik problemli yol var idi" - Paşinyan

Teğ kəndində 11 km yolumuz var, bunun 5 km-ni problemli hesab etmişik.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 
"Bu günə kimi deyə bilərəm ki, bu problemli seqment daha 1,4 km azalıb. Bu o deməkdir ki, sərhəd tənzimlənib, bu o deməkdir ki, həm bizim, həm də azərbaycanlıların bu məsələdə ümumi fikri var", - deyə Paşinyan bildirib.
Baş nazir qalan 3,6 km-lik hissənin də düzəldiləcəyinə ümid etdiklərini bildirib. 

Oxşar xəbərlər