Bu ölkə böhrana görə 100 min meymunu SATIR
20-04-2023, 14:04
959

Bu ölkə böhrana görə 100 min meymunu SATIR

1948-ci ildən bəri ən pis maliyyə böhranı ilə üzləşən Şri Lanka bir ildir ki, aclıq və yoxsulluqla mübarizə aparır.
Hökumət gəlir əldə etmək üçün 100.000 makaka meymunu satacağını açıqlayıb. 
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qırmızı siyahısında olan və yalnız Şri-Lankada rast gəlinən meymunların nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi qeyd edilib.
Şri-Lankada zərərli hesab edilən makaka meymunlarının kənd təsərrüfatı məhsullarına zərər vurması və bəzən insanlara hücum etməsi heyvan hüquqları qrupları tərəfindən etirazla qarşılanır.

Oxşar xəbərlər