"60 ölkə Ukrayna şəhərlərinin bərpasına kömək edir" - Şmıxal
20-04-2023, 14:10
959

"60 ölkə Ukrayna şəhərlərinin bərpasına kömək edir" - Şmıxal

60 ölkə Rusiyanın hücumlarından sonra Ukraynanın dağılmış yaşayış məntəqələrinin bərpasına kömək edir.
Xarici KİV xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal Beynəlxalq Şəhərlər və Regionlar Sammitində çıxışı zamanı deyib.
"Bu gün beynəlxalq bələdiyyə tərəfdaşlığı görünməmiş miqyas alıb - Ukraynanın 300-dən çox ərazi icması 1500 tərəfdaşlıq sazişi bağlayıb. Demək olar ki, 60 ölkə şəhərlərimizə, qəsəbələrimizə və kəndlərimizə düşmənin ölümcül hücumlarından sağalmağa kömək edir”, - Şmihal bildirib .
O, dəstək üçün Ukraynanın hər bir dostuna, tərəfdaşına təşəkkür edib.

Oxşar xəbərlər