Dünya
20-04-2023, 14:22
932
Ermənistanda məhkum 3 növbətçini bıçaqladı
Ermənistanın "Nübaraşen" cəzaçəkmə müəssisəsində fövqəladə hadisə baş verib.
Erməni KİV xəbər verir ki, kamerada saxlanılan 34 yaşlı məhkum Xaçatur Petrosyan gecə saatlarında növbətçi dəstənin rəisi Varantsovu bıçaqlayıb.
Məlumata görə, əvvəlcə o, növbətçi ilə görüşmək istəyib: "Onun istəyi yerinə yetirildi. Və qəbul etmək üçün kameranın qapısı açıldı, bundan sonra X. Petrosyan həmin müəssisənin növbətçi dəstəsinin rəisi Varatsnov Q. ilə bərabər Tiqran P. və Artak M.-yə kəsici-deşici metal əşya ilə hücum edərək fiziki xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb. Həbsxana əməkdaşları xəstəxanaya yerləşdirilib.