Ermənistan Braziliya ilə hərbi əməkdaşlığa can atır
20-04-2023, 15:21
6 416

Ermənistan Braziliya ilə hərbi əməkdaşlığa can atır

Ermənistanın müdafiə naziri Suren Papikyan Braziliyanın Ermənistandakı səfiri Fabio Vazs Pitaluqa ilə görüş keçirib.
Erməni KİV xəbər verir ki, görüş Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında baş tutub.
Bildirilib ki, görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Oxşar xəbərlər